Heqiqet.Az » hadise » Bakıda İran vətəndaşı yük maşını ilə piyadanı vuraraq öldürüb


Bakıda İran vətəndaşı yük maşını ilə piyadanı vuraraq öldürüb

16-04-2024, 12:15
Çap et
Bakıda İran vətəndaşı idarə etdiyi yük maşını ilə piyadanı vuraraq öldürüb.
Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən “Karvansaray” Ticarət Mərkəzinin həyətində İran İslam Respublikası vətəndaşı, 1975-ci il təvəllüdlü Afrooz Mansoor Aziz oğlu idarə etdiyi “DAF XF480FT” markalı yük avtomobili hərəkətdə olarkən avtomobilin sağ tərəfindən sol tərəfinə keçən piyada 1985-ci il təvəllüdlü Oruclu Sahib Alıxan oğlunu vurub.
Nəticədə Oruclu Sahib Alıxan oğlu hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanıb.
Reytinq: