BMT-nin Baş katibi uşaqları insan alverindən qorumaq üçün ictimaiyyətə müraciət edib23-07-2024, 12:05
Çap et BMT rəhbəri hökumətləri, vətəndaş cəmiyyətini və özəl sektoru, o cümlədən texnologiya şirkətlərini səylərini və əməkdaşlığı gücləndirməyə çağırıb. “İnsan alveri cəmiyyətlərimizin ən həssas təbəqələrini hədəf alan dəhşətli cinayətdir. Builki Ümumdünya İnsan Alverinə Qarşı Mübarizə Günündə biz diqqətimizi ən həssas qruplara - uşaqlara yönəldirik”-, deyə Quterreş bildirib. Onun sözlərinə görə, zorla əməyə, cinayət fəaliyyətinə məcbur edilən, satılan, “ağılsız zorakılığa” məruz qalan insan alveri qurbanlarının üçdəbirini uşaqlar təşkil edir. Baş katib bildirib ki, dünyada artan bərabərsizlik və qloballaşma ənənəvi qanunvericilik bazalarına meydan oxuyan, köləliyin yeni formalarını yaradan mürəkkəb insan alveri şəbəkələrini gücləndirib. Onlayn platformaların uşaqları cinsi istismara və gender əsaslı zorakılığa daha da məruz qoyduğunu vurğulayan Antonio Quterreş bu cinayətlərin fiziki və psixoloji izlərinin yetkinlik yaşına qədər qaldığını, onların gələcəyini və əsas hüquqlarını əlindən aldığını bildirib. “Uşaqlara qarşı həssas ədalət mexanizmləri də daxil olmaqla, müdafiə reaksiyalarını gücləndirməliyik, maarifləndiriciliyi artırmalı, müşayiət olunmayan uşaqlara dəstək verməliyik. Sağ qalanlara qayğı göstərib, həssas ailələrə kömək etməklə istismara qarşı mübarizə aparmalıyıq”, - deyə Baş katib bildirib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib13:40
“Yaddaşın kodları – Qarabağdan Göyçəyə”: Tarixi irsi rəqəmsal texnologiyalarla canlandıran layihəHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
