Paris Olimpiadasının rəsmi açılış mərasimi keçirilib27-07-2024, 10:47
Çap et Sena çayı sahilində olunan tədbir minlərlə idmançını daşıyan 85 gəminin Austerlits körpüsündən hərəkəti ilə başlayıb. Daha sonra Paris Olimpiadasına həsr olunmuş maraqlı videoçarx nümayiş etdirilib, Sena çayının üzərindəki körpüdə atəşfəşanlıq və su şousu olub. Ardınca Olimpiada iştirakçısı olan ölkələrin rəsmi paradı baş tutub. Azərbaycan komandası paradda 16-cı sırada yer alıb. Ölkəmizin bayrağını cüdoçu Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayev dalğalandırıblar. Olimpiya Oyunlarının vətəni hesab olunan Yunanıstan yığması parada birinci, Fransa isə ev sahibi ölkə kimi sonuncu çıxıb. Bədii hissədən və rəsmi çıxışlardan sonra Fransa prezidenti Emmanuel Makron Oyunları açıq elan edib. Sonda isə Olimpiya məşəli alovlandırılıb. Məşəli fransalı məşhur cüdoçu Teddi Riner və atlet Mari-Joze Perek yandırıblar. Hava şarı formasında olan məşəl daha sonra Paris səmasına buraxılıb. Qeyd edək ki, Azərbaycan millisi Fransa paytaxtında 48 idmançı ilə təmsil olunur. Yığma 15 idman növü üzrə 17 proqramda çıxış edəcək. Badminton Edi Reski Dviçayo (kişilər, fərdi) Keişa Fatimə Zəhra (qadınlar, fərdi) Bədii gimnastika Zöhrə Ağamirova Qrup hərəkətləri komandası Ləman Əlimuradova, Kamilə Əliyeva, Yelizaveta Luzan, Güllü Ağalarzadə və Darya Sorokina Batut gimnastikası Selcan Mahsudova Sərbəst güləş Əliabbas Rzazadə (57 kiloqram) Hacı Əliyev (65 kiloqram) Turan Bayramov (74 kiloqram) Osman Nurmaqomedov (86 kiloqram) Maqomedxan Maqomedov (97 kiloqram) Giorgi Meşvildişvili (125 kiloqram) Yunan-Roma güləşi Murad Məmmədov (60 kiloqram) Həsrət Cəfərov (67 kiloqram) Sənan Süleymanov (77 kiloqram) Rafiq Hüseynov (87 kiloqram) Sabah Şəriəti (130 kiloqram) Qadın güləşi Mariya Stadnik (50 kiloqram) Atletika Anna Skidan (çəkicatma) Boks Nicat Hüseynov (51 kiloqram) Malik Həsənov (63,5 kiloqram) Murad Allahverdiyev (80 kiloqram) Alfonso Dominges (92 kiloqram) Məhəmməd Abdullayev (+92 kiloqram) Taekvondo Qaşım Maqomedov (58 kiloqram) Atıcılıq Ruslan Lunyov (10 metr, pnevmatik tapança) Basketbolun 3x3 növü Qadınlardan ibarət Azərbaycan millisi Avarçəkmə Diana Dımçenko, (2000 metr, akademik avarçəkmə) Triatlon Rostislav Pevtsov Qılıncoynatma Anna Başta, (sablya) Kamandan oxatma Yaylagül Ramazanova Üzgüçülük Qadınlar Məryəm Şeyxəlizadəxangah Kişilər Ramil Vəlizadə Cüdo Kişilər Balabəy Ağayev (60 kiloqram) Yaşar Nəcəfov (66 kiloqram) Hidayət Heydərov(73 kiloqram Zelim Tçkayev (81 kiloqram) Elcan Hacıyev (90 kiloqram) Zelim Kotsoyev (100 kiloqram) Uşanqi Kokauri (+100 kiloqram) Qadınlar Leyla Əliyeva (48 kiloqram) Gültac Məmmədəliyeva (52 kiloqram) Avqustun 11-dək davam edəcək Paris Olimpiadasında 206 ölkədən olan 11 minə yaxın idmançı 32 idman növü üzrə ümumilikdə 329 dəst medal uğrunda mübarizə aparacaq. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
