Birinci yarımildə Mərkəzi Bank müxtəlif müddətli 59 not hərracı keçirib9-08-2024, 12:30
Çap et Azərbaycan Mərkəzi Bankı (AMB) yarımillik ərzində müxtəlif müddətli 59 not hərracı keçirib.
Notların yerləşdirilməsi üzrə hərraclarda ümumən tələbin təklifi üstələməsi müşahidə olunub. Cari ilin iyun ayının sonuna notlar vasitəsilə sterilizasiya olunmuş vəsaitin toplam qalığı 948,4 milyon manat təşkil edib ki, bu da 2023-cü ilin sonu ilə müqayisədə 28 faiz azdır. Son hərraclarda formalaşan gəlirlilik 28 günlük notlar üzrə 6,98 faiz, 84 günlük notlar üzrə 7,2 faiz, 168 günlük notlar üzrə 7,4 faiz, 252 günlük notlar üzrə isə 7,52 faiz olub. Mərkəzi Bank hesabat dövrü ərzində likvidliyin idarə olunması məqsədilə müxtəlif müddətli monetary əməliyyatlarını davam etdirib. Banklar tərəfindən alətlər arasında Mərkəzi Bankın sterilizasiya alətlərinə, xüsusən də sterilizasiya yönümlü daimi imkanlar alətinə tələbat daha yüksək olub. Ümumən yanvar-iyun aylarında 1 günlük depozit daimi imkan əməliyyatlarının orta günlük həcmi 770 milyon manat olub. 2024-cü ilin I rübü ilə müqayisədə II rüb ərzində bu alətə tələbat aşağı olub. Hər əməliyyat günü 1 günlük depozit əməliyyatlarında ortalama 16 bank iştirak edib. Bununla yanaşı, dövr ərzində açıq bazar əməliyyatları qismində sterilizasiya məqsədilə 28 günlük (1 ay), 84 günlük (3 ay), 168 günlük (6 ay) və 252 günlük (9 ay) notların yerləşdirilməsi üzrə müntəzəm hərraclar davam etdirilib. Reytinq:
|
Son xəbər
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|