II Dünya Müharibəsindən sonra dünyada “soyuq müharibə” adı altında ideoloji mübarizə30-08-2024, 13:25
Çap et Əksliklərin vəhdəti və mübarizəsi inkarı-inkar, kəmiyyət-dəyişmələrinin keyfiyyət dəyişmələrinə keçməsi müasir dövrdə XXI əsrin I yarısında beynəlxalq aləmdə qlobal sülhə ən böyük tövhədir.
II Dünya Müharibəsindən sonra dünyada “soyuq müharibə” adı altında ideoloji mübarizə SSRİ dövlətinin süqutuna qədər, ötən əsrin 90-cı illərinə qədər davam etmişdir. Elə bu dövrdə əvvəlcə ABŞ-nin təşəbbüsü və rəhbərliyi ilə 4 aprel 1949-cu ildə Şimali Atlantanın Alyansı NATO hərbi bloku yaradıldı. Buna cavab olaraq 14 may 1955-ci ildə SSRİ-nin təşkilatçılığı ilə Varşava müqaviləsi təşkilatı üzv dövlətlərinin hərbi bloku təsis olundu. SSRİ-nin süqutu ilə əlaqədar 01 iyul 1991-ci ildə bu hərbi blok buraxıldı. 15 may 1992-ci ildə Rusiya Federasiyasının təşkilatçılığı və rəhbərliyi ilə Müstəqil Dövlətlər Birliyi bazası əsasında kollektiv təşkilatçılıq müqaviləsi təşkilatı hərbi bloku yaradılır. 2024-cü ildə ABŞ-nin hərbi büdcəsi rekord həddə çatdı. 886 milyard dollar təşkil edirdi. Çin Xalq Respublikası hərbi büdcəsi 7,26 artıraraq 230,6 milyard dollar səviyyəsinə çatdırıldı. Rusiya Federasiyasının hərbi büdcəsi ilk dəfə olaraq sosial xərcləri üstələyərək 140 milyard dollar təşkil edib. Hindistan dövləti hərbi xərclərə 74,3 milyard dollar, Almaniya 68 milyard dollar, Fransa 6 milyard dollar, Səudiyyə Ərəbistan dövləti büdcəsinin 1/3-nü hərbi büdcəyə ayırıb - 56 milyard dollar. İlk onluqdan sonrakı yerləri Cənubi Koreya 45 milyard dollar və 29 milyard dolları Polşa dövləti tuturdu. Bütövlükdə NATO dövlətlərinin hərbi büdcəsi 2024-cü ildə 1,26 trilyon dollar təşkil edir. NATO hərbi bloku 2024-cü ildə hərbi xərcləri 126 artıraraq 3,768 milyard avroya çatdırdı. Bu rəqəmlər hazırda dünyada sürətlə silahlanmanın getməsinə əyani sübudur. Siyahıdakı göründüyü kimi ən çox hərbi xərclər “qlobal güc”lərə məxsusdur. Bütün bunlar azmış kimi “qlobal güc”lər bölüşdürülmüş dünyanın yenidən bölüşdürülməsi üçün dövlətlərin daxili işlərinə qarışma, regional münaqişələr yaratmaq, müharibəyə təhrik etmə, təcavüzkarı dəstəkləməmək, münaqişə dövlətlərini ən müasir qırğın silahları ilə silahlandırmaq yolunu tutmuşlar. 1948-ci idən davam edən İsrail-Fələstin münaqişəsi 07 oktyabr 2029-cu ildəm Həmasın İsrailə hücumu ilə yenidən kəskinləşmişdir. İsrail Hərbi Qüvvələri Qəzza bölgəsində Xan Yunis, Rəfat şəhərləri və digər yaşayış məntəqələrində dinc ərəb əhalisinə qarşı əsl soyqırım həyata keçirib, 40 mindən artıq sivil qətlə yetirməyinə rəğmən ABŞ-ı İsraili ən müasir qırğın silahları ilə təmin etməkdə ona himayədarlıq, havadarlıq edirdi. 30 ildən artıq işğal altında qalmış, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş 20% Azərbaycan ərazisi - 27 sentyabr 2020-ci il 44 gülük Vətən müharibəsi ilə Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilmişdir. 19-20 sentyabr 2023-cü il antiterror əməliyyatı ilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi separatçı erməni ünsürlərdən və 10 minə qədər Ermənistan silahlı qüvvələrindən təmizlənərək Ermənistan-Azərbaycan münaqişəsini tənzimləmək üçün yaradılmış ATƏT-in Minsk qrupu və onun həmsədrləri ABŞ, Fransa və Rusiyanın niyyəti münaqişəni dondurmaq, Ermənistanın işğalınnı əbədi etmək olmuşdur. Münaqişəyə son qoyulduqdan sonra ABŞ və Fransa, həmçinin Hindistan, hətta regionun təhlükəsizliyini təmin etmək borcu olan İran İslam Respublikası Ermənistanı silhalandıraraq münaqişənin yenidən alovlanmasına rəvac verdilər. Aydın görünür ki, əməl niyyəti təsdiq edir. 24 fevral 2022-ci ildə başlamış sonu görünməyən Rusiya-Ukrayna müharibəsi “qlobal güc”lərin amansız mübarizəsinin aydı mənzərəsini yaratdı. ABŞ, Kanada, Avstraliya və Kollektiv Qərb Dövlətləri Ukraynanı ən müasir silahlar, hərbi avadanlıqlar, hərbi hazırlıq dərsləri, F-16 döyüş təyyarələri, tanklar və sairə ilə müntəzəm təmin edir. Hətta Fransa Hərbi Kontinqentinin göndərilməsini təşkil edir. Bu günlər müharibə artıq Rusiya ərazisinə keçmiş, Kursk istiqamətində davam etməkdədir. Məsum Kamal oğlu Əliyev Kürdəmir rayon Karrar ASM\Bölmə müdiri 29.08.2924 Reytinq:
|
Son xəbər
|
Xəbər lenti
11:47
Hərbi əməliyyatların idarə olunmasında beynəlxalq qaydalar üzrə yüksək səviyyəli seminar keçirilir11:22
Millətlər Liqası: Azərbaycan millisinin Estoniya və Slovakiya ilə oyunlar üçün heyəti açıqlanıbHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|