Boks Almaniyaya qayıdır14-10-2015, 18:49
Çap et Beynəlxalq federasiyanın prezidenti Çinq Ko Vu növbəti dünya çempionatının 2 il sonra Almaniyanın Hamburq şəhərində keçiriləcəyini deyib: "Dünya çempionatını keçirmək üçün 3 federasiya namizədliyini irəli sürmüşdü. Uzun sürən araşdırmadan sonra Hamburqa üstünlük verdik. Hamburq sentyabrda APB-nin finalını yüksək səviyyədə qəbul edərək, bu cür yarışların keçirilməsində təcrübəsi olduğunu göstərdi. Uzun fasilədən sonra boks üzrə dünya çempionatı yenidən Avropada təşkil olunacaq". Almaniya Boks Federasiyasının prezidenti Yurqen Kyas bu qərara sevindiklərini bildirib: "Qətər Boks Federasiyası Dohada böyük işlər gördü. AİBA-nın növbəti yarışı bizə həvalə etməsi böyük etimaddan xəbər verir". Qeyd edək ki, Almaniya (Münhen, 1982-ci il və Berlin, 1995-ci il) üçüncü dəfə dünya çempionatına ev sahibliyi edəcək. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
