"Erkən və qohumlar arasında bağlanan nikahların mənfi nəticələri " mövzusunda maarifləndirici görüş11-10-2024, 11:35
Çap et Görüşdə Bakı nikah evinin müdiri vəzifəsini icra edən İradə xanım İsgəndərova, baş məsləhətçi Kəmalə Mahmudova, baş məsləhətçi Ayna Süleymanova, məktəbin musiqi işləri üzrə direktor müavini Rəna Vəzirova, təlim-tərbiyə işləri üzrə direktor müavini - Nigar Baxşiyeva və məktəbin müəllim heyyəti iştirak etdi. Tədbirdə iştirak edən qonaqlar erkən və qohumlar arasında bağlanan nikahların ailə quruluşuna və bütövlükdə cəmiyyətə mənfi təsir göstərməsi, reproduktiv sağlamlıqla bağlı problemlər yaşaması, ana və uşaq ölümləri və bu problemin qarşısının alınması məqsədilə son illərdə həyata keçirilən tədbirlər, habelə mübarizə yolları barədə şagirdlərə geniş məlumat verildi. Görüşdə şagirdləri maraqlandıran suallar qonaqlar tərəfindən ətraflı cavablandırıldı. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
