İqor Ponomaryov: İsveçlə oyunda Azərbaycan millisinə inamım böyükdür19-11-2024, 11:52
Çap et Bu sözləri veteran futbolçu İqor Ponomaryov deyib. Azərbaycan yığmasının UEFA Millətlər Liqasının C Divizionunda səfərdə İsveç komandasına qarşı keçirəcəyi oyundan danışan funksioner şansları dəyərləndirib. Milli ilə səfərə yollanan Olimpiya çempionu komandada ab-havanın yaxşı olduğunu bildirib: “Sadəcə, futbolçular Qəbələdə Estoniya ilə oyunda qələbə qazanmadıqlarına görə təəssüflənirlər. Həmin görüşdə yaxşı şanlarımız var idi. Əhvali-ruhiyyənin daha da yaxşı olması üçün İsveçi məğlub etməliyik. Çəkinmədən mübarizə aparmalıyıq. Əzmkarlıq önəmli rol oynayacaq. Futbolçular bunu yaxşı anlayırlar. Rəqibin baş məşqçisi fərqli taktikalara sahib mütəxəssisdir. İndiki komanda əks-hücumlarda daha təhlükəli olur. Ümid edirəm ki, futbolçularımız meydanda əllərindən gələni edəcəklər”. Qeyd edək ki, bu gün “Strouberri Arena”da keçiriləcək İsveç-Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
00:19
YENİ NƏŞR11:41
Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib15:40
“Vətəni sevmək imandandır” – Vətən sevgəsinin, şəhidlik zirvəsinin və tarixi yaddaşın təntənəsi.Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
