Azərbaycan kubokunda son 1/4 finalçılar müəyyənləşir4-12-2024, 12:28
Çap et Trend xəbər verir ki, bununla da son 1/4 finalçının adına aydınlıq gələcək. "Qəbələ" öz meydanında kubokun son qalibi "Qarabağ"la qarşılaşacaq. Bu cütün qalibi 1/4 finalda “Səbail”ə rəqib olacaq. "Kəpəz" Tovuz şəhər stadionunda "İmişli" ilə oynayacaq. Duelin güclüsü növbəti mərhələdə "Neftçi” - “Difai” cütünün qalibi ilə qarşılaşacaq. Bu günkü “Zirə” – “Şamaxı” görüşünün qalibi 1/4 finalda “Araz-Naxçıvan”la üz-üzə gələcək. “Sumqayıt” isə MOİK-i qəbul edəcək. Duelin qalibi isə 1/4 finalda "Sabah"la oynayacaq. Qeyd edək ki, 1/8 final qarşılaşmaları 1 matçdan ibarətdir. 4 dekabr 16:00. “Qəbələ” – “Qarabağ” Hakimlər: Rauf Cabarov, Rəhman İmami, Kərim Zeynalov, Rəvan Həmzəzadə Qəbələ şəhər stadionu 16:00. “Kəpəz” – “İmişli” Hakimlər: Nicat İsmayıllı, Cəmil Quliyev, Zöhrab Abbasov, Ruslan Quliyev VAR: İnqilab Məmmədov AVAR: Namik Hüseynov Tovuz şəhər stadionu 18:00. “Neftçi” – “Difai” Hakimlər: Elvin Bayramov, Pərvin Talıbov, Gülnurə Əkbərzadə, Namiq Bəkirov №Neftçi Arena" 19:00. “Zirə” – “Şamaxı” Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Cavid Cəlilov VAR: Fərid Hacıyev AVAR: Vüsal Məmmədov Zirə İK stadionu 19:00. “Sumqayıt” – MOİK Hakimlər: Rauf Allahverdiyev, Asiman Əzizli, Teymur Teymurov, Kamran Əliyev M.Hüseynzadə adına stadion. 3 dekabr “Turan Tovuz” - “Sabah” - 2:2 (Penaltilər seriyasında 1:3) “Araz-Naxçıvan” - “Mingəçevir” - 3:1 “Qaradağ Lökbatan” - “Səbail” - 0:2 1/4 finalda qarşılaşacaqlar “Araz-Naxçıvan” / “Zirə” - “Şamaxı” cütünün qalibi “Səbail” / “Qəbələ” - “Qarabağ” cütünün qalibi “Kəpəz” - “İmişli” cütünün qalibi / "Neftçi” - “Difai” cütünün qalibi “Sabah” / “Sumqayıt” - MOİK cütünün qalibi Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞR11:41
Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
