Prezidentimiz qarşıya qoyiuğu vəzifələri layiqincə yerinə yetirir31-12-2024, 18:38
Çap et ![]() Məlum olduğu kimi müasirləşməni strateji hədəf kimi müəyyənləşdirən Azərbaycanda da təhsil dünyanın qabaqcıl ölkələrinin təcrübəsi nəzərə alınmaqla dövlət siyasətinin prioritetlərindən biri kimi müəyyənləşdirilib. Son illər respublikamızda dövlət başçısının siyasi iradəsinə uyğun olaraq qara qızılın insan kapitalına çevrilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, gənclərin innovasiyalara, yeni texnologiyalara çıxış imkanlarının genişləndirilməsi məqsədilə böyük həcmli işlər görülüb. Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulan vəzifə isə belədir ki, Azərbaycan təhsili ən yüksək tələblərə cavab verməlidir. Əlamətdar haldır ki, artıq respublikamızda son illərdə regionlarda yaradılan sənaye məhəllələrində müxtəlif layihələr əsasında modul tipli məktəblərin quraşdırılması qaydaya salınıb. Modul tipli məktəblərin inşasının dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına həyata keçirildiyini bildirən Prezident İlham Əliyev “Xüsusilə, dağ kəndlərində və ucqar kəndlərdə modul tipli məktəblərin tikintisi layihəsi də yaxın iki il ərzində başa çatmalıdır. İndi bir çox ucqar kəndlərdə bu layihə icra edilir. Kənd sakinləri də, uşaqlar da bundan çox razıdırlar. Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün, ilk növbədə, onun güclü iqtisadiyyatını formalaşdırmaq zəruri idi. Buna qədər mürəkkəb və çətin şəraitdə aparılan neft danışıqlarında əzmlə iştirak edən cənab İlham Əliyev Azərbaycan xalqının milli maraqlarının təmininə xidmət göstərən müqavilələrin, ilk növbədə, “Əsrin müqaviləsi”nin və digər iyirmiyədək sazişin bağlanmasına öz dəyərli töhfəsini verdi. Bütün maneə və əngəllərə baxmayaraq, Bakı-Tbilisi-Ərzurum təbii qaz kəməri və Bakı-Tbilisi-Qars dəmir yolu xətti də deyilən vaxtda gerçəyə çevrildi. “Neft ölkələrə xoşbəxtlik də gətirə bilir, bədbəxtlik də! Mən çalışacağam ki, Azərbaycan nefti Azərbaycan xalqına yüksək rifah və xoşbəxt həyat gətirsin”, - deyən cənab İlham Əliyev bütün fəaliyyəti boyu bu prinsipinə sadiq qaldı. Beləliklə, neft-qaz gəlirləri iqtisadiyyatın digər sahələri üçün lokomotiv rolunu oynadı! Büdcəyə daxilolmalar artdıqca xalqın sosial rifahı yüksəldi, müstəqil dövlətimizin iqtisadi gücü və imkanları da artdı. Bir milyon nəfərdən artıq qaçqın və məcburi köçkünün sosial müdafiəsi gücləndirildi. Prezident İlham Əliyev bir an da olsun belə işğaldakı torpaqların geri qaytarılması əzmindən geri durmurdu! Çoxcəhətli və çoxşaxəli fəaliyyət göstərir, inamla, addım-addım məqsədinə doğru yaxınlaşırdı: Ölkənin enerji, nəqliyyat və ərzaq təhlükəsizliyi təmin edildi. Regionların sosial-iqtisadi inkişafına dair dörd dövlət proqramı qəbul edildi, onlar əlavələrlə birlikdə, uğurla həyata keçirildi. Sahibkarlığın inkişafına əlverişli şərait yaradıldı, onlara sistemli şəkildə güzəştli kreditlər verildi, digər yardımlar göstərildi. Qeyri-neft sektorunun, xüsusən də kənd təsərrüfatının inkişafına böyük diqqət yetirildi, dövlət tərəfindən mütəmadi subsidiyalar ayrıldı. Ölkənin neftdən asılılığının azaldılması üçün sistemli tədbirlər görüldü. Vətəndaş məmnunluğu yaradıldı, dövlət büdcəsinin həcmi ilbəil artdı. Hər il ordu quruculuğuna və onun ən müasir silahlarla təminatına kifayət qədər vəsait ayrıldı! Otuz il Qarabağ torpaqlarını işğalda saxlayan mənfur düşmən 44 gündə yerlə-yeksan edildi! Quduran, Azərbaycan torpaqlarının əbədi olaraq özündə qalacağını düşünən düşməni rəzil günə Müzəffər Ali Baş Komandan İlham Əliyevin “dəmir yumruğ”u saldı! Bu qüdrətli yumruq düşmənin başını ilan başı kimi əzdi, belini çubuq kimi qırdı, düşməni müqəddəs torpaqlarımızdan iti qovan kimi qovdu! Qüdrətli yumruq qüdrətli, əzəmətli şəxsiyyətlərə məxsus olur. Məhz İlham Əliyev kimi siyasət və hərb nəhənglərinə. Şübhəsiz, “dəmir yumruq” öz gücünü ən əvvəl sahibinin zəkasından, Vətənə qədərsiz sevgisindən, uzaqgörənliyindən, yüksək diplomatik bacarığından, misilsiz hərbi məharətindən, möhkəm və dönməz iradəsindən alır! Möhtərəm Prezidentimizi və ailə üzvlərini 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edir, vətənimizin çiçəklənməsi naminə gördüyü işlərdə yeni-yeni müvəffəqiyyətlər arzulayıram! ![]() Yeganə Baxşəliyeva, Bakı şəhəri general Məhəmməd Əsədov adına 29 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi, “Qızıl Qələm”, “Vətənpərvər xanım”, “Azərbaycan bayrağı”, “Qabaqcıl təhsil işçısı”, “İlin nüfuzlu ziyalısı”, “İlin müəllimi” və “Sadiq Heydərçı” mükafatları laureatı Reytinq:
|
Son xəbər
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|