Mingəçevir teatrında “Xocalıdan Xocalıya” səhnə əsəri nümayiş etdirilib27-02-2025, 12:23
Çap et Teatrdan verilən məlumata görə, səhnə əsərinin təqdimatından əvvəl 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının dəstəyi ilə Xocalı şəhərini işğal etməklə, dinc əhaliyə qarşı soyqırımı cinayəti törətməsindən söz açılıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Böyük Zəfər nəticəsində şəhidlərimizin qanının yerdə qalmadığı bildirilib. İdeya müəllifləri Əməkdar artist İntiqam Soltan və Aynur Eldənizqızı olan səhnə əsəri alqışlarla qarşılanıb. Rolları Xalq artisti Ella Yaqubova, Əməkdar artist Şıxı Yaqubov, Afət Əliyeva, Nargilə Abdullayeva, İbrahım Salamov, Asim Məmmədov, Ruhəngiz Abdullayeva, Arif Əhmədov, Cavidan Adbullayev, Aytən İsmayılova ifa ediblər. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
