Mobil Dünya Konqresində “Aztelekom”a “Ən Sürətli Sabit Şəbəkə” mükafatı təqdim edildi6-03-2025, 11:58
Çap et “Aztelekom”dan verilən məlumata görə, mükafatlandırma İspaniyanın Barselona şəhərində keçirilən konqres çərçivəsində “Aztelekom”un nümayəndə heyəti ilə görüş zamanı baş tutub. Mükafat 2024-cü ilin 3-cü və 4-cü rüblərində ölkə üzrə aparılmış sürət testlərinin nəticələrinə əsasən təqdim edilib. “Ookla”® şirkəti bu barədə 27 fevral 2025-ci il tarixində dərc etdiyi rəsmi hesabatında məlumat verib. Hesabat ölkə üzrə 300 mindən çox abunəçinin müxtəlif cihaz və tətbiqlər vasitəsilə keçirdiyi 4,5 milyona yaxın sürət testinə əsaslanıb. Testlərin nəticələrinə əsasən, ölkə üzrə ən yüksək yükləmə sürəti (Top Download Speed) 181.30 Mbit/s qeydə alındığı halda “Aztelekom” abunəçilərində bu göstərici 408.18 Mbit/s müəyyən olunub. Qeyd edək ki, hər il GSMA tərəfindən təşkil olunan “MWC Barcelona” sərgisi süni intellekt, “IoT”, 5G, “bulud” texnologiyaları və digər rəqəmsal innovasiyalar sahəsində dünyanın aparıcı şirkətləri, startapları və ekspertlərini bir araya gətirir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
00:19
YENİ NƏŞR11:41
Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib15:40
“Vətəni sevmək imandandır” – Vətən sevgəsinin, şəhidlik zirvəsinin və tarixi yaddaşın təntənəsi.Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
