
Dəyərli dostlar, pambıqçılıqda ən məsul dövrdür, havaların kəskin isti keçməsi ilə əlaqədar bir çox sortlar stress keçirir, suya tələbat artır, bir çox xəstəlik və zərərvericilər fəallaşır, bu nöqteyi nəzərdən son günlər Bərdə, Yevlax, bu gün isə Beyləqanda oldum, sahələri gəzdim, vəziyyəti təhlil etdim, Beyləqan rayonunda bizim institutun Mil təcrübə stansiyasında müxtəlif introduksiya olunan və yerli sortların müqayisəli öyrənilməsi ilə bağlı aparılan təcrübələrlə tanış oldum, stansiya əməkdaşları ilə görüşdüm. Pambıq sahələrində 3- cü suvarma aparılır. Sahələrdə bu il bütün bəzi çətinliklərə baxmayaraq bol məhsul gözlənilir. 40 dərəcəyə yaxın istidə zəhmət çəkib məhsul yetişdirən insanlarımıza eşq olsun!









