Bakı Dövlət Universitetinin nümayəndəsi Ege Universitetində görüşlər keçirib14-09-2025, 12:15
Çap et Ege Universitetinin prorektoru Mehmet Ersan, Təbiət elmləri fakültəsinin dekanı Dinçer Ayaz, həmçinin digər fakültə və idarə rəhbərləri ilə baş tutan görüşlərdə iki ali məktəb arasında mövcud əlaqələrin gücləndirilməsi və yeni əməkdaşlıq istiqamətləri nəzərdən keçirilib. Tərəflər ikili diplom proqramlarının yaradılması, birgə elmi layihələrin həyata keçirilməsi, tələbə və müəllim mübadiləsinin təşkili, həmçinin beynəlxalq konfrans və simpoziumların birgə keçirilməsi imkanlarını müzakirə ediblər. Eyni zamanda, müasir elm və texnologiyaların inkişafı fonunda ortaq layihələrin həyata keçirilməsi, xüsusilə təbiət elmləri və mühəndislik sahələrində birgə təşəbbüslərin reallaşdırılması məsələləri diqqət mərkəzində olub. Görüşlər zamanı həmçinin Ege Universiteti ilə Bakı Dövlət Universiteti arasında uzunmüddətli strateji tərəfdaşlığın vacibliyi vurğulanıb və qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsi barədə razılıq əldə edilib. Səfərin sonunda Mahir Pirquliyev Ege Universitetinin rəhbərliyinə səmimi qəbula görə təşəkkürünü bildirib, gələcəkdə iki universitet arasında əlaqələrin daha sıx şəkildə davam edəcəyinə inamını ifadə edib. Bu il 70 illik yubileyini qeyd edən Ege Universiteti Türkiyənin İzmir şəhərində yerləşən, ölkənin ən böyük və nüfuzlu ali təhsil müəssisələrindən biridir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
00:19
YENİ NƏŞR11:41
Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib15:40
“Vətəni sevmək imandandır” – Vətən sevgəsinin, şəhidlik zirvəsinin və tarixi yaddaşın təntənəsi.10:41
Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıbHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
