Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa təşəkkür edib18-09-2025, 11:12
Çap et ![]() Dövlətimizin başçısı bu barədə X sosial şəbəkə hesabında yazıb. “Prezident Donald Tramp, təşəkkür edirəm, “Truth” sosial hesabınızda paylaşdığınız xoş sözlərinizə görə minnətdaram. Azərbaycan və Ermənistan arasında sülh prosesinin irəlilədilməsində və tarixi Vaşinqton sammitinə ev sahibliyi etməyinizdə oynadığınız mühüm rolu yüksək qiymətləndirirəm”, - deyə Prezident İlham Əliyev qeyd edib. Dövlətimizin başçısı vurğulayıb ki, Donald Tramp Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında əbədi dostluğun və formalaşmaqda olan strateji tərəfdaşlığın memarıdır. “Dostluğumuza böyük önəm verirəm”, - deyə Azərbaycan Prezidenti əlavə edib. Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp sentyabrın 16-da növbəti dəfə “Truth” sosial media hesabında avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla keçirdiyi tarixi görüş barədə paylaşım edib. O bildirib ki, Azərbaycan və Ermənistan arasında müharibənin həllinə kömək etmək və eyni zamanda, bu iki böyük lider və insanla - Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanla dost olmaq onun üçün böyük şərəfdir. Reytinq:
|
Son xəbər
|
Xəbər lenti
14:48
QLOBAL SULHÜN AÇARI22:46
Baba eldən aralandı11:32
Azərbaycan UNESCO-nun Dünya Mədəniyyət Siyasətləri və Dayanıqlı İnkişaf Konfransında təmsil olunacaq16:22
44 günlük haqq savaşı12:17
27 sentyabr xalqımızın qəhrəmanlıq, milli həmrəylik və vətənpərvərlik tarixində parlaq bir səhifədirHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|