Heqiqet.Az » iqtisadiyyat » Mixail Neyjmakov: Kənd təsərrüfatı və tibbi texnologiyalar Rusiya-Azərbaycan əməkdaşlığının əsas hərəkətverici qüvvələridir


Mixail Neyjmakov: Kənd təsərrüfatı və tibbi texnologiyalar Rusiya-Azərbaycan əməkdaşlığının əsas hərəkətverici qüvvələridir

16-12-2025, 22:27
Çap et
Mixail Neyjmakov: Kənd təsərrüfatı və tibbi texnologiyalar Rusiya-Azərbaycan əməkdaşlığının əsas hərəkətverici qüvvələridir Kənd təsərrüfatı və tibbi preparatların istehsalı Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərinə çevrilir.

Bu barədə rusiyalı siyasi analitik Mixail Neyjmakov deyib.

Analitikin sözlərinə görə, Azərbaycan ərzaq məhsulları da daxil olmaqla, Rusiya istehsalı olan məhsulların ixracı üçün nəqliyyat qovşağı rolunu oynayır, eyni zamanda, federasiyaya meyvə və tərəvəzin idxalını təmin edir. Ərzaq məhsullarına tələbat və ərzaq təhlükəsizliyinin vacibliyi nəzərə alınmaqla, bu sahələrə qarşıdakı illərdə də tələbat yüksək olacaq.

Bununla yanaşı, Mixail Neyjmakov tibbi texnologiyaların inkişaf perspektivlərini, o cümlədən insulin və digər həyati əhəmiyyətli dərman preparatlarının istehsalını xüsusi qeyd edib. Ekspert vurğulayıb ki, bu cür preparatların yerli istehsalı təhlükəsizlik baxımından strateji əhəmiyyət daşıyır və ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsində mühüm rol oynayır.
Reytinq: