Heqiqet.Az » iqtisadiyyat » Mehdiabad - “28 May” tramvay xəttinin bərpası ilə bağlı layihələndirmə işləri həyata keçirilir


Mehdiabad - “28 May” tramvay xəttinin bərpası ilə bağlı layihələndirmə işləri həyata keçirilir

28-01-2026, 12:17
Çap et
Tramvay xəttinin bərpası ilə əlaqədar işlər görülüb. Artıq Mehdiabad qəsəbəsindən metronun “28 May” stansiyasına tramvayın tətbiqi ilə bağlı ilkin texniki-iqtisadi əsaslandırma sənədi hazırdır, layihələndirmə üzrə işlər həyata keçirilir.

Bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın ötən il üzrə icrasına həsr olunan dəyirmi masada bildirib.

Onun sözlərinə görə, marşrut üzrə “Sea Breeze” daxilində yolun en kəsiyinin forması da razılaşdırılıb.
Reytinq: