Heqiqet.Az » maraqli » Dekabr ayında zövqlü görünün - FOTOLAR


Dekabr ayında zövqlü görünün - FOTOLAR

3-12-2015, 15:26
Çap et
Dekabr ayında zövqlü görünün - FOTOLAR
Artıq dekabrdır. Bu da o deməkdir ki, yeni mövsümdə üşüməmək üçün nə geyinəcəyimiz barədə düşünməyin zamanıdır. Noyabr ayında hamımız trikotaj paltarlara büründük. İsti saxladığı üçün bu dəb tendensiyası hər birimizin xoşuna gəldi. Amma hər gün qalın toxunma geyimlər, həcmli sviterlər geyinmək darıxdırıcıdır.
Bundan başqa, işgüzar xanımları da nəzərə almaq lazımdır. Axı ofis dress-kodu ciddi geyinməyi tələb edir.
Yun kostyum qış qarderobunun əsas elementi kimi bu mövsümündə bir çox kolleksiyalarda rast gəlinir.
“Gucci”, “Ralph Lauren”, “Saint Laurent”, “Derek Lam”, “Edun”, “Valentino”, “Christian Dior”, “Stella McCartney” moda evləri bu il pencək və klassik şalvarları mahud və yun parçalarda təklif edirlər. Bu səbəbdən, bu ay trikotaj paltarları kostyumla əvəz etmək, şübhəsiz, yaxşı fikirdir.
“Prada” moda evi isə kişi kostyumlarını tvid parçadan hazırlayıb. Qısaldılmış pencəklərə əlavə olunmuş xəz applikasiyaları bu rəsmi geyimə incəlik gətirib.
Bu zərif dəb tendensiyasının qarşısında dayanmaq heç cür mümkün deyil. Biz də sizə dəst pencək və klassik şalvar almağı məsləhət görürük.
Kostyum dəbinə aid ən yaxşı nümunələri təqdim edirik.
Dekabr ayında zövqlü görünün - FOTOLARDekabr ayında zövqlü görünün - FOTOLARDekabr ayında zövqlü görünün - FOTOLARDekabr ayında zövqlü görünün - FOTOLAR
Reytinq: