NATO-nun baş katibi: “Suriyadakı müharibə Qərblə islam dünyası arasında deyil”8-12-2015, 10:46
Çap et NATO-nun baş katibi Yens Stoltenberq koalisiya qüvvələrinin Suriyada İŞİD-ə qarşı vuruşmaq üçün hərbçi göndərməyəcəyini açıqlayıb.Y. Stoltenberq İsveçin “Tages-Anzeiger” qəzetinə müsahibəsində deyib ki, bu müharibədə ön cəbhədə döyüşənlər də, qurbanlar da müsəlmanlardır: “İŞİD-ə qarşı döyüşənlərin də əksəriyyəti müsəlmandır. Bu mübarizəni onlar üçün davam etdirməyəcəyik. Suriyaya hərbçi göndərmək yox, yerli silahlı qüvvələri gücləndirmək lazımdır. Oradakı müharibə Qərblə İslam dünyası arasında müharibə deyil. Suriyada radikalizm və terrorçuluğa qarşı mübarizə aparılır. NATO-nun və koalisiya qüvvələrinin gündəmində Suriyaya hərbçi göndərmək məsələsi yoxdur”. Baş katib deyib ki, NATO Yeni il bayramından əvvəl Türkiyə ilə bağlı müdafiə paketi qəbul edəcək: “Türkiyə NATO-nun əhalisinin əksəriyyətini müsəlmanların təşkil etdiyi tək ölkədir”. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm21:10
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıbHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

NATO-nun baş katibi Yens Stoltenberq koalisiya qüvvələrinin Suriyada İŞİD-ə qarşı vuruşmaq üçün hərbçi göndərməyəcəyini açıqlayıb.