Vergilərlə bağlı daha bir dəyişiklik16-12-2015, 11:51
Çap et “N.Şirinov fiziki şəxslərin gəlir vergisinə edilən güzəştin hansı formada tətbiq ediləcəyini açıqlayıb: “Vergi Məcəlləsinin dəyişiklikdən əvvəl qüvvədə olan 102.1.6-cı maddəsinə əsasən əsas iş yerində aylıq gəliri 250 manatadək və illik gəliri 3.000 manatadək olan fiziki şəxslərə müvafiq olaraq əmək qabiliyyətli əhali üçün ölkə üzrə yaşayış minimumunun 1 və 12 mislinədək olan hissəsinə gəlir vergisi üzrə güzəşt tətbiq edilirdi. Ölkədə aparılan sosial-iqtisadi siyasətə uyğun olaraq ölkə üzrə yaşayış minimumu və əmək haqları davamlı olaraq artırılır. Aylıq gəlirləri 250 manatdan az olan fiziki şəxslərin əmək haqlarının artırılması nəticə olaraq həmin şəxslərin güzəşt dairəsindən çıxmasına səbəb olur. Misal üçün, hazırda 240 manat aylıq əmək haqqından əmək qabiliyyətli əhali üçün ölkə üzrə yaşayış minimumunun bir misli, yəni 140 manat çıxılır, qalan 100 manatdan 14 faiz dərəcə ilə 14 manat vergi tutulur və işçiyə 226 manat (240-14=226) ödənilir. Əmək haqqı 10 faiz artırıldıqda bu məbləğ 264 manat təşkil edir. Bu halda, aylıq əmək haqqı 250 manatdan yuxarı olduğundan 140 manat güzəşt tətbiq edilmir, əmək haqqının tam məbləğindən 14 faiz dərəcə ilə 37 manat vergi tutulur və fiziki şəxsə 227 manat (264-37=227) ödənilir ki, nəticədə muzdlu işçi həmin artımdan bəhrələnmir. Qeyd olunan halların aradan qaldırılması və əmək haqlarına tətbiq edilən vergi güzəştinin şamil olunduğu vergi ödəyicilərinin əhatə dairəsinin genişləndirilməsi məqsədilə Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən əsas iş yerində aylıq gəliri 2.500 manatadək və illik gəliri 30.000 manatadək olan fiziki şəxslərin gəlirlərinin müvafiq olaraq ölkə üzrə yaşayış minimumunun 1 və 12 mislinədək olan hissəsinə gəlir vergisindən vergi güzəştinin tətbiqi nəzərdə tutulur. Sözügedən dəyişiklik ölkədə həyata keçirilən sosial siyasətə uyğun olaraq əhalinin gəlirlərini artırmaqla onların maddi rifahının yaxşılaşmasına müsbət təsir göstərəcək və əmək haqlarının leqallaşmasını təşviq edəcək. Bu vergi güzəştindən həm dövlət, həm də özəl sektorda çalışan 500 mindən artıq insanın faydalanacağı proqnozlaşdırılır”. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm21:10
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıbHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
