Lökbatandakı atışma ilə bağlı cinayət işi açıldı22-12-2015, 10:59
Çap et Bakı Şəhər Prokurorluğundan verilən məlumata görə, faktla bağlı Qaradağ rayon prokurorluğunda 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə müvafiq ekspertizalar təyin edilib. Hadisənin baş vermə səbəbləri istintaq yolu ilə araşdırılır. Qeyd edək ki, dünən gecə saatlarında Bakının Lökbatan qəsəbəsində yerləşən “Zeytə park” adlanan restoranda atışma nəticəsində ən azı 6 nəfər yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb. Hazırda polis əməkdaşları hadisə yerində araşdırma aparır. 1 saylı Şəhər Kliniki Xəstəxanasından Trend-ə bildirilib ki, hadisə nəticəsində xəsarət almış 5 nəfər xəstəxanaya gətirilib. Onlardan 2-si artıq buraxılıb, 1-i başqa xəstəxanaya köçürülüb, 2-si isə hazırda xəstəxanada müalicə alır. Onların vəziyyətinin sabit olduğu qeyd olunub. Hadisə nəticəsində Ədalət Həsənov və iki azyaşlı oğlu - Orxan və Nazim Həsənovlar, Rafiq Kərimov, Cəmil Həmidov və Mehrab Əliyev güllə yarası alıblar. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:10
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi bərpa etmək mümkün oldu12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
