Bakının ictimai nəqliyyatında gediş haqqının yeni ödəniş metodu tətbiq ediləcək23-12-2015, 14:03
Çap et Onun sözlərinə görə, yeni metod xüsusi stikerlərdən istifadə etməklə gediş haqqının ödənişini nəzərdə tutur: "Stikerlər "hazırda istifadə edilən nəqliyyat "Bakı Kart"larının standartları üzrə hazırlanacaq". Mənbə qeyd edib ki, stikerlər digər formada hazırlanacaq: "Stikerlər kiçik yumru yapışqan formasında olacaq. Onları mobil telefonin səthinə vurmaq və ya pul kisəsində daşımaq olar. Stikerlərin qiyməti hələ müəyyən edilməyib, lakin onların qiyməti 0,50 manatı ötməyəcək". Balansı istənilən rahat qurğudan doldurmaq olar. Bunlar "Bakı Kart"ın balansını doldurmaq üçün aparatlar, nağd vəsaitin qəbulu üçün ödəniş terminalları (MilliÖN, eManat, ExpressPay və digərlər) ola bilər. Bundan başqa, stikerlərin balansını "Azərpoçt"un poçt şöbələrində və banklarda (Unibank, Express bank, ATA bank və s.) doldurmaq mümkün olacaq. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
