Fransanın ilk müsəlman qadın naziri niyə hədəfə götürülüb?19-05-2015, 17:22
Çap et Qərb mətbuatında Fransanın ilk müsəlman naziri, bir müddət ölkənin ədliyyə sisteminə rəhbərlik etmiş Rəşidə Datinin vəzifədə olarkən “külli miqdar”da (təqribən 180 min avro) korrupsiyaya yol verdiyinə dair silsilə materiallar yayımlanır. Fransa və Böyük Britaniyanın “Le Point”, “The Guardian”, “The Daily Telegraph” kimi nəşrlərində son günlər müntəzəm gündəmdə saxlanılan bu mövzunu gözlənildiyi kimi, “Azadlıq” radiosu da davam etdirib və sabiq müsəlman nazirin “korrupsioner” obrazının yaradılması kampaniyasına qoşulub. Hazırda Parisin mer seçkilərinə hazırlaşan R.Dati isə bu ittihamlarla bağlı mətbuata açıqlamalarında ona qarşı başladılmış kampaniyanın kökündə müsəlman olması amilinin dayandığını bildirib. R.Datinin bu Fransa və Britaniya mətbuatında formada hədəfə götürülməsinin səbəblərini Gün.Az-a dəyərləndirən politoloq Qabil Hüseynli də xanım siyasətçiyə qarşı hücumları onun müsəlman olması ilə əlaqələndirib: “Əvvəla onu qeyd edim ki, Rəşidə Dati özü zəngin bir ailənin mənsubudur və nazir olduğu müddətdə də kifayət qədər yüksək maaş alıb. Yəni o vəzifəyə gəlməzdən əvvəl də istədiyini alıb-geyinmək imkanında olub. Nazir olanda isə aldığı maaş hesabına maddi imkanları daha da artıb. Yəni onun hansısa geyim üçün dövlətdən pul “qırmağa” ehtiyacı olmayıb. Korrupsiya ittihamına gəldikdə isə bir məqamı xatırlatmaq istəyirəm. Fransanın keçmiş prezidenti Sarkozinin Liviyanın devrilmiş lideri Qəddafidən təqribən yüz milyon dollar rüşvət alması faktı üzə çıxdı və ona qarşı cinayət işi qaldırıldı. Lakin daha sonra o cinayət işini dayandırdılar və Sarkoziyə bəraət verərək onun yenidən siyasətə qayıtmasına şərait yaratdılar. Yəni Sarkozi ilə Datiyə münasibətdə ortaya çıxan bu kəskin ziddiyyət özlüyündə hər şeyi açıb ortaya qoyur. Digər tərəfdən, bu məsələdə daha çox canfəşanlıq edən Britaniya mətbuatı nədən kraliçanın bir milyon dollarlıq karetasından, onun yerli-yersiz təşkil etdiyi bahalı ziyafətlərdən, həmin karetaya qulluq edən personaldan, saysız aşpazlarından, daha nələrdən yox, Rəşidə Datinin geyimi hansı pulla almasından yazır? Bütün bunlar Datiyə qarşı başlanmış bu hücumun kökündə onun etnik-dini mənsubiyyətinin dayandığına şübhə yeri qoymur”. A.Zeynalov Heqiqet.az Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
