Heqiqet.Az » dunya » Ruslar əsəbləşdi: "NATO, Türkiyəni mükafatlandırır"


Ruslar əsəbləşdi: "NATO, Türkiyəni mükafatlandırır"

7-01-2016, 09:19
Çap et
Gruşko qeyd edib ki, NATO-nun Ankaraya son dövrdə verdiyi əlavə təhlükəsizlik sözlərini "mukafat" olaraq xarakterizə edib.
Ruslar əsəbləşdi: "NATO, Türkiyəni mükafatlandırır" NATO-nun baş katibi Yens Stoltenbergin "Rusiya Türkiyənin hava sərhəddini bilməyərək pozmuş kimi görünmür" şərhinə Rusiya kəskin reaksiya göstərdi.
Rusiya təyyarəsinin vurulması mövzusunda NATO-nun Türkiyəyönümlü mövqeyini tənqid edən Gruşko, NATO-nun Ankaraya son dövrdə verdiyi əlavə təhlükəsizlik sözlərini "mukafat" kimi xarakterizə etdiyini deyib.
"NATO, Rusiya hərbi təyyarəsini vuran Türkiyəni məhkum etmək yerinə, bu ölkəni mükafatlandırır. NATO-nun Türkiyəni məhkum etmək əvəzinə Ankaraya dəstək nümayiş etdirməsi qəbul edilməzdir. Burada məşhur NATO həmrəyliyinin gerçək üzü bir daha özünü göstərir." - deyə Rusiyanın NATO-dakı daimi nümayəndəsi Aleksandr Gruşko bildirib.
Rusiya ilə Türkiyə arasındakı gərginlik Rusiyaya məxsus Su-24 tipli qırıcı təyyarəsi Suriya-Türkiyə sərhədini pozduğu üçün vurulduqdan sonra yaranıb.
Reytinq: