Heqiqet.Az » hadise » Bakıda baş vermiş yanğında ər və arvad yanaraq öldü


Bakıda baş vermiş yanğında ər və arvad yanaraq öldü

8-01-2016, 11:56
Çap et
Bakıda baş vermiş yanğında ər və arvad yanaraq öldü Bakı şəhəri, Suraxanı rayonunda yanğın hadisəsi baş verib. Məlumata görə, yanğın çoxmənzilli yaşayış binasında qeydə alını. Vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan 3 otaqlı mənzilin 1 otağında divan 2 kv.m sahədə və yerə döşənmiş xalça yanıb. Yanğının kəşfiyyatı zamanı ev sahibi 1951-ci il təvəlüdlü Abbasov Mikayıl və onun həyat yoldaşı 1951-ci il təvəlüdlü Abbasova Zoya yanmış meyitləri aşkar olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Yanğın saat 03:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Reytinq: