Əbülfəs Qarayev: Azərbaycan iqtisadiyyatına yatırılan investisiyaların həcmində turizmin payı artıb29-01-2016, 11:32
Çap et Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Mədəniyyət və Turizm Nazirliyinin fəaliyyətinin 10 illiyinə həsr olunmuş yubiley tədbirində deyib. 10 il müddətində bu sahəyə göstərdiyi diqqətə görə Azərbaycan Prezidentinə təşəkkür edən Ə.Qarayev qeyd edib ki, Azərbaycanda 10 il əvvəllə müqayisədə yalnız mədəniyyət və turizm sahəsi inkişaf etməyib. Bu müddətdə Azərbaycanda bütün sahələr inkişaf edib, ölkənin nüfuzu beynəlxalq səviyyədə artıb: "Düzdür, 10 il çox vaxt deyil. Amma bu sahədə çalışan insanlar üçün bu 10 il böyük tarixə çevrilib". Ə.Qarayev ötən 10 il ərzində Heydər Əliyev Fondu tərəfindən Azərbaycan mədəniyyətinin inkişafı üşün əvəzedilməz işlər görüldüyünü də deyib: "Mən şəxsən Heydər Əliyev Fondunub rəhbəri Mehriban Əliyevaya bu dəstəyə görə təşəkkür edirəm". Ə.Qarayev deyib ki, bu gün Azərbaycan muzeyləri yeni mərhələyə gəlib çatıb: "Biz heç vaxt düşünmürdük ki, Azərbaycan muzeyləri Avropanın ən yaxşı muzeyləri sırasına daxil ola bilər. Bu gün yalnız mədəniyyət sahəsində deyil, turizm sahəsində də irəliləyişlər olub. Bu gün artıq ölkəyə il ərzində xaricdən 2,5 milyon nəfər gəlir. Ölkədəki mehmanxanalatın sayı 530-a çatıb". Ə.Qarayev əlavə edib ki, nazirliyin Aparatında çalışan 30 nəfərə yaxın əməkdaş dövlət tərəfindən müxtəlif adlarla mükafatlatlandırılıb. : Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞRHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
