Onların həyatı ilə oynayırlar - Video14-03-2016, 09:27
Çap et Heqiqet.az xezerxeber.com-a istinadən xəbər verir ki, asfalt üzərində piyada zolağı çəkilib, amma bununla bağlı nişan yoxdur. Üstəlik zolaq döngədən dərha sonra və yoxuşda çəkilib. Söhbət Xətai rayonu Xudu Məmmədov küçəsindən gedir. Burada bir necə yerdə piyada keçidi olsa da, heç birinin xəbərdaredici nişanı yoxdur. Nəzə alsaq ki, yaxınlıqda məktəb və istirahət parkı var onda təhlükənin miqyasını daha yaxşı dərk etmək olar. Bənzər mənzərəni həmin küçəyə yaxın Aşıq Ələsgər küçəsində də müşahidə etmək mümkündür. Ekspertlər isə deyirlər ki, yoxuşların sonunda piyada keçidi varsa, mütləq yol nişanları qoyulmalıdır. Bu cür yerlərdə qəzalar baş verərsə birmənalı sürücülərin günahlandırılması da mübahisə doğura bilər. Burada yol nişanına cavadehlik daşıyan müvafiq qurum da məhkəmə prosesinə cəlb edilə bilər. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
