Heqiqet.Az » hadise » Bakıda 74 yaşlı qadının cəsədi aşkarkalıb


Bakıda 74 yaşlı qadının cəsədi aşkarkalıb

7-04-2016, 08:51
Çap et
Bakıda 74 yaşlı qadının cəsədi aşkarkalıb Bakıda mənzildə cəsəd tapılıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nərimanov rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1942-ci il təvəllüdlü Dilarə Hüseyn qızı Əkbərovanın cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat saat 23:09-da başa çatıb.
Reytinq: