ABŞ rəsmisinin Azərbaycana səfəri başlayıb14-04-2016, 12:21
Çap et ![]() ABŞ dövlət katibinin iqtisadi və biznes məsələləri üzrə köməkçisinin məsul müavini Kurt Tonq Azərbaycana səfər edib. Səfər 2 gün - aprelin 14-15-ü - davam edəcək. Bu barədə Trend-ə Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyindən məlumat verilib. ABŞ dövlət katibinin iqtisadi və biznes məsələləri üzrə köməkçisinin məsul müavini Kurt Tonq Dövlət Departamentinin qlobal iqtisadi səylərinə dəstək verərək, tərəfdaşlarla ticarət, maliyyə, telekommunikasiya, nəqliyyat, iqtisadi sanksiyalar, kommersiya imkanları və digər məsələləri müzakirə edəcək. K.Tonq bu vəzifədə 2014-cü ilin iyul ayından çalışır. K.Tnoq Azərbaycan hökuməti rəsmiləri, Azərbaycan və Amerika biznes nümayəndələri, Azərbaycanlı tələbələrlə görüşərək Azərbaycanda iqtisadi vəziyyət, islahatlar və iqtisadiyyatın diversifikasiyası sahəsində aparılan işlərlə tanış olacaq. O, həmçinin ABŞ-ın Azərbaycanın iqtisadi inkişafına dəstəyinin təkmilləşdirilməsi imkanlarını da müzakirə edəcək. K.Tonq Azərbaycana ilk dəfə səfər edir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm21:10
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıbHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

