Heqiqet.Az » siyaset » Paytaxtda 1 tona yaxın mənşəyi məlum olmayan ət aşkarlandı


Paytaxtda 1 tona yaxın mənşəyi məlum olmayan ət aşkarlandı

19-04-2016, 16:35
Çap et
Paytaxtda 1 tona yaxın mənşəyi məlum olmayan ət aşkarlandı Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin əməkdaşları (DBNX) tərəfindən aprelin 19-da alınmış məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Karantin tədbirlərini təmin edən əlahiddə polis taborunun əməkdaşlarının iştirakı ilə Qaradağ rayonu ərazisində Dövlət Yol Polisi postunda reyd keçirilib.
DBNX-nin mətbuat xidmətindən verilən məlumata görə, reyd zamanı Ağcabədi rayonundan Bakı şəhərinə gələn Şamxal Nəbiyevin idarə etdiyi "Daevo Neksiya" markalı 99 AU 715 dövlət nömrə nişanlı minik və Zərdab rayonundan Bakı şəhərinə gələn Nadir Qasımovun idarə etdiyi "Ford Transit" markalı 90 LX 763 dövlət nömrə nişanlı yük avtomobilləri saxlanılaraq yoxlanılıb.
Baxış zamanı minik avtomobilində (şaqqalara bölünmüş 2 ədəd iri heyvan, 6 ədəd xırda heyvan cəmdəkləri, daxili orqanlar) 500 kq, yük avtomobilində isə (4 ədəd iri heyvan cəmdəyi, heyvanın daxili orqanları, 5 ədəd heyvan baş-ayağı) 600 kq miqdarında mənşəyi məlum olmayan, qida üçün yararlığı şübhə doğuran, sağlamlığına və haradan alınmasına dair heç bir müşayiətedici baytarlıq arayışı və sənədi olmayan heyvan ətləri aşkar olunub.
Hər iki avtomobildə olan cəmdəklərdən, daxili orqanlardan baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək qida üçün yararlı olub-olmamasının, bakterioloji və biokimyəvi göstəricilərinin müəyyən edilməsi məqsədi ilə Respublika Baytarlıq Laboratoriyasına (RBL) təqdim olunub.
Bildirək ki, laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliyə uyğun müvafiq qərar qəbul ediləcək.
Reytinq: