"Trabzonspor" - "Fənərbağça" matçı yarımçıq dayandırılıb25-04-2016, 09:42
Çap et Türkiyə Superliqasının 30-cu turu çərçivəsində keçirilən "Trabzonspor" - "Fənərbağça" oyunu yarımçıq dayandırılıb.Matçın dayandırılmasına, meydan sahiblərinin azarkeşlərinin hərəkətləri səbəb olub. "Avni Aker" stadionunda keçirilən oyunda komandalarının biabırçı hesabla geridə (0:4) olmasını həzm edə bilməyən trabzonlu azarkeşlər tribunalardakı oturacaqları və başqa yad cisimləri meydana atmağa başlayıblar. Bu vaxt oyun qısa müddətə dayandırılsa da, sonradan davam etdirilib. Ancaq bir neçə dəqiqə sonra yerli azarkeşlərdən biri meydançaya çıxaraq, yan xətt hakiminə zərbə endirib. Fanat yerə yıxılmış hakimi təpikləməyə başlayıb. Meydançaya başqa azarkeşlərin də daxil olduğunu görən oyunun baş hakimi Bülənt Yıldırım oyunu yarımçıq dayandırıb və hər iki komanda paltardəyişmə otağına yollanıb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞRHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Türkiyə Superliqasının 30-cu turu çərçivəsində keçirilən "Trabzonspor" - "Fənərbağça" oyunu yarımçıq dayandırılıb.