Heqiqet.Az » idman » Millimiz Şotlandiyanı belə məğlub etdi


Millimiz Şotlandiyanı belə məğlub etdi

12-05-2016, 09:49
Çap et
Millimiz Şotlandiyanı belə məğlub etdi Dünən 17 yaşadək futbolçular arasında Azərbaycanda keçirilən Avropa çempionatında A və B qruplarında son turun oyunları keçirilib.
Yığmamız həlledici oyuna çıxıb.
Təbriz Həsənovun komandası qrupun son görüşündə Şotlandiya millisi ilə qarşılaşıb. Komandamız qrupdan çıxmaq üçün Şotlandiyanı ən az 5:0 hesabı ilə məğlub etməli, Portuqaliya isə Belçikanın qapısından ən az 3 cavabsız qol keçirməli idi.
Yığmamız şotlandları 1:0 hesabı ilə məğlub edərək turnirdə ilk qələbəsini qazanıb. Lakin digər oyunda heç-heçə qeydə alındığından milli komandamız qrup mərhələsini üçüncü pillədə başa vurub. A qrupundan Portuqaliya və Belçika yığmaları 1/4 finala adlayıb.
Reytinq: