Heqiqet.Az » hadise » Maşında yandırılan 24 yaşlı gənc öldü


Maşında yandırılan 24 yaşlı gənc öldü

18-05-2016, 10:47
Çap et
Maşında yandırılan 24 yaşlı gənc öldü Bir neçə gün əvvəl Bərdə rayonunda avtomobilinə qoyularaq yandırılan şəxs dünyasını dəyişib.
Bildirilib ki, həkimlərin lazımi tibbi yardımına baxmayaraq 1992-ci il təvəllüdlü Salman Bayramov xəstəxanada dünyasını dəyişdi: "Hazırda hadisəni törədən şəxslərin tutulması istiqamətində müvafiq tədbirlər görülür. Lakin hələlik fakta görə saxlanan yoxdur”.
Məlum hadisə mayın 8-də baş verib. Gecə saatlarında rayonun Piyadalar kəndində zərərçəkən Salman Bayramov bir neçə şəxs tərəfindən kənd qəbiristanlığının yaxınlığına çağırılıb. Naməlum şəxs və ya şəxslər tərəfindən kəndin ucqar ərazisinə gətirilən gəncin əvvəlcə başına küt alətlə bir neçə zərbə endirilib. Daha sonra özünün və avtomobilinin üzərinə benzin tökülərək yandırılıb.
Yanğını görən kənd sakinləri Salman Bayramovu xilas ediblər. Dərhal təcili tibbi yardım xidmətinə və Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə hissəsinə məlumat verilib. Əraziyə gələn yanğınsöndürənlər alovu söndürüblər. Bərdə mərkəzi rayon xəstəxanasına çatdırılan 24 yaşlı Salman Bayramov əməliyyat olunub.
Reytinq: