Ər keçmiş arvadını məktəbdə uşaqlarının gözü qabağında bıçaqladı20-05-2016, 09:07
Çap et Bakının Xəzər rayonunda ər keçmiş arvadını bıçaqlayıb. İnsident ötən gün Binə qəsəbəsində yerləşən məktəbin həyətində baş verib. Ruziyyə Babacan qızı Dəmirova həyat yoldaşından boşanandan sonra keçmiş əri iki azyaşlı oğlunu öz yanında saxlayıb. Ruziyyə Dəmirova da məktəbdə oxuyan uşaqlarını görmək üçün dərs vaxtının sonunda məktəbə gedib. Bu zaman uşaqların atası da məktəbə gəlib. Ruziyyənin uşaqlarla söhbət etməsini görən keçmiş əri bıçaqla ona hücum edib. Keçmiş ər uşaqlarının gözü qarşısında Ruziyyə Dəmirovanı bıçaqlayıb. Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Həkimlər onun həyatını xilas edə biliblər. Hadisəni törətməkdə şübhəli bilinən şəxsi Xəzər rayon Polis İdarəsinin 2-ci polis bölməsinin əməkdaşları keçirdikləri əməliyyat nəticəsində yaxalayaraq istintaqa təhvil veriblər. Faktla əlaqədar cinayət işi başlanıb. Araşdırmalar davam edir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞRHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
