Heqiqet.Az » gundem » Yeni Yasamaldakı «Ətçilər» deyilən hündürmərtəbəli qırmızı binanın altındakı qumarxananın sahibi kimlərə haqq verir?


Yeni Yasamaldakı «Ətçilər» deyilən hündürmərtəbəli qırmızı binanın altındakı qumarxananın sahibi kimlərə haqq verir?

2-06-2015, 15:29
Çap et
Yeni Yasamaldakı «Ətçilər» deyilən hündürmərtəbəli qırmızı binanın altındakı qumarxananın sahibi kimlərə haqq verir? Artıq sirr deyil ki, qeyri-qanuni fəaliyyət göstərən qumarxanalarla bağlı müxtəlif söz-söhbətlər gəzir. Belə bir məlumatın biri də bizə verilib.
Biz deyilən ünvanda, yəni Xiyabani 33-də, Yeni Yasamalda «Ətçilər» deyilən hündürmərtəbəli qırmızı binanın altındakı obyektin kimə məxsus olmasını soruşanda dedilər ki, Zaur adlı bir məmurundur, özü də bu binada yaşayır. Adını çəkmək istəmədiyimiz bir nazirlikdə işləyir.
Bu obyekti onun qardaşı Zamin işlədir. Qumarxananın fəaliyyəti ilə bağlı verdiyimiz sualların cavabında Zamin dedi ki, özünüzü yormayın, polisi, vergini, bir çox təşkilatları razı salırıq. Qardaşımız da dağ kimi arxamızda durub. Qonşular, məhəllə adamları da şikayət ediblər, ancaq heç bir nəticəsi yoxdur. Bilin ki, ola da bilməz. Jurnalistlərin də həmişə sualları cavabsız qalıb…
Mövzuya qayıdacağıq

Heqiqet.az
Reytinq: