Ancelina Coli və Bred Pitt arasında anlaşılmazlıq23-06-2016, 17:10
Çap et Ancelina Coli və Bred Pitt arasında anlaşılmazlıq yaşanır. Məşhur cütlük arasında yenidən vəziyyət gərgindir. Qərb mətbuatında yer alan xəbərlərdə aktrisanın bütün vaxtını siyasətçi kimi çıxışlarına və bəyanatlarına həsr etdiyi deyilir. Cütlüyün 1 ilə yaxındır İngiltərəyə köçməsi Colinin bu həvəsini daha da artırıb. Böyük Britaniyanın Lordlar Palatası ilə mütəmadi görüşlərinin Colinin aktrisa fəaliyyətini artıq kölgə altına aldığı deyilir. Bundan başqa aktrisa həyat yoldaşının ən sevimli evi olan Fransadakı imarətlərini satmaq niyyətindədir. Bred Pitt isə bununla razılaşmır. O, şəxsi brendi olan çəhrayı şərabı Fransadakı evlərində istehsal edir. Aktrisanın buna əhəmiyyət verməməsi Pittin ürəyincə olmayıb. İyunun 21-də amerikalı aktrisa Birləşmiş Millətlər Təşkilatının xüsusi səfiri Ancelina Coli və dövlət katibi Con Kerri müsəlmanların iftar tədbirinə qatılıb. Virciniya ştatında keçirilən tədbirdə Coli və Kerri ABŞ-da əqidələrarası dözümlülük nümayiş etdirməyə çalışıb. Tədbirdə Ancelina Coli isə insanları dini, irqi, milləti və cinsinə görə tənqid etməyin doğru olmadığını qeyd edib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm21:10
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıbHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
