Demo Sayt » maraqli » Səmada uçan boşqabı çəkdi


Səmada uçan boşqabı çəkdi

3-06-2015, 19:54
Çap et
Səmada uçan boşqabı çəkdi Niderlandlı Harri Perton adlı bir adam özü də bilmədən UNO-ya (uçan naməlum obyekt) bənzəyən bir obyektin şəklini çəkib.
O, çəkdiyi şəkillərə əvvəlcə fikir verməyib. "Mən başımın üstündə əmələ gələn iri buludu çəkirdim. Fırtına yaxınlaşırdı. Bir neçə şəkil çəkəndən sonra evə qayıtdım. Yalnız lentə baxandan sonra gördüm ki, UNO çəkmişəm", - deyən Harri çəkdiyi şəkli öz Tvitter hesabında paylaşıb.
Lakin Pertonun özü çəkdiyi obyektin UNO olduğundan əmin deyil. "Mən inanmıram ki, bu, yad planetlilərin işidir. Hərçənd ki, bir çox tanışlarım əmindirlər ki, mən məhz başqa planetdən gələnlərin gəmisini çəkə bilmişəm", - deyə niderlandlı bildirib.
Reytinq: