Demo Sayt » » Villalar sökülür, yəqin tezliklə qumarxanalar da bağlanacaq


Villalar sökülür, yəqin tezliklə qumarxanalar da bağlanacaq

22-05-2015, 12:26
Çap et
Villalar sökülür, yəqin tezliklə qumarxanalar da bağlanacaq Hələliksə, qumarbazların sahibkarlıq fəaliyyətlərinə “süni maneələr, müdaxilələr” olmasın deyə Sumqayıtda...

Bakıda çoxmərtəbəli binada baş verən, çoxsaylı insan ölümü ilə nəticələnən yanğın hadisəsindən sonra qanunsuz villaların başı üzərindən “gözəgörünməzlik papağı” götürülüb sökülməsinə başlanıldısa, ümid etmək olar ki, yaxın vaxtlarda aidiyyəti qurumların “radarları” qumarxanaları da aşkar edəcək. Amma görünür, bu işin də sürətləndirilməsi üçün katalizator kimi xidmət edəcək faciəyəbənzər hadisə baş verməli, sonra da ölkə başçısının xüsusi göstərişi olmalıdır ki, cavabdeh instansiyalar hərəkətə keçsinlər.
Yeri gəlmişkən,Türkiyənin baş naziri Əhməd Davudoğlunun bu istiqamətdə apardığı işlər müsbət qiymətləndirilir. Qardaş ölkədə dövlət adına oynanan qumarın-lotereyanın ləğv olunması bütün hallarda insanların faydasınadır. Bunu heç İslamla da əlaqələndirmək lazım deyil. Nə zamansa Azərbaycanda da bu addım atılmalıdır. İnsanların ümidinin şansa buraxılması, yüzlərlə adamın qumarxanalarda həyatını mənasızlaşdırması böyük faciədir. Amma fərqli olaraq, Azərbaycanda bu biznes çiçəklənməkdədir. Xüsusilə də paytaxta qonşu olan Sumqayıtda.
Şəhər sakinlərinin sözlərinə görə, “gənclər paytaxtı”nda gənclər qumara aludə olub. 18-ci mikrorayon ərazisində, Koroğlu prospektində yerləşən “Samovar” çay evi, mərkəzi xəstəxana ilə üz-üzə “Tele çay evi”, 18 mik. dairəsində “Futbol çay evi”, şərq bazarı ilə üz-üzə “Dəniz kafesi” və digərləri. Qeyd olunan ünvanlar qumarxana kimi tanınır. Etiraf edək ki, gənclərimiz üçün nəzərdə tutulan “çay evləri” heç də təqdirəlayıq deyil.
Sumqayıtlıların sözlərinə görə, bu məntəqələr yüksək vəzifəli şəxslər tərəfindən idarə olunur. Obyektin sahibləri və “krışa”ları kimi tanınan Vüqar və Arif adlı şəxslərin isə əlləri deyəsən böyüklərin ətəyindədir. Özlərinin dediklərinə görə, onların “sahibkarlıq fəaliyyətlərinə süni maneələr, müdaxilələr” olmasın deyə, hər ay Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısına, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işləyən havadarlarına “hesabat” verirlər və xüsusən də onlara ən yaxın arxa olan Şəhər Polis İdarəsinin rəisi general-leytenant Sahib Mirzəyevə.
Müşahidələr, kapitalist ölkələrinin praktikası göstərir, qumar biznesi daha çox məhz o şəhərlərdə inkişaf edir ki, onların rəhbər vəzifəli şəxslərinin özlərinin də qumara marağı olur, təkcə ondan gələn pullara yox. Sumqayıt şəhər rəhbərliyinin, yerli polis rəisinin belə bir şakərinin olub-olmaması haqda məlumatımız yoxdur.
Bu barədə təzə bir xəbər eşitsək, bölüşəcəyik.

Heqiqet.az
Reytinq: