Goranboyda qəfil başlayan yanğın kafeni külə çevirdi20-07-2016, 18:34
Çap et Bakı-Qazax magistralının Goranboy rayonu, Dəliməmmədli şəhəri ərazisindən keçən hissəsində yol kənarında fəaliyyət göstərən kafelərdən birində anidən yanğın baş verib. Hadisə yerinə Goranboy Rayon Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürmə briqadası cəlb olunub. Alovu ram etmək mümkün olmadığından əraziyə Kəlbəcər və Gəncə yanğınsöndürənləri də çağırılıb. Bütün səylərə baxmayaraq, sahəsi 600 kv.m olan kafe tamamilə yanaraq külə dönüb. Alov ətraf tikililərə də yayılıb. Yaxınlıqdakı çörəkbişirmə sexinə ziyan dəyib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
