» » Daha bir güləşçimiz Avropa çempionatında medal qazandı


Daha bir güləşçimiz Avropa çempionatında medal qazandı

25-07-2016, 12:31
Çap et
Daha bir güləşçimiz Avropa çempionatında medal qazandı İsveçin paytaxtı Stokholmda yeniyetmə güləşçilər arasında Avropa çempionatı başa çatıb.
Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, Yunan-Roma güləşçilərinin ilk yarış günündə yığmamız 2 bürünc medal qazanıb, Zaur Nuriyev (50 kq) və Ülvi Qənizadə (69 kq) fərqlənib.
Son yarış günündə 46, 54, 63, 76 və 100 kq çəkidə yunan-Roma güləşçiləri mübarizə aparıb. Güləşçilərimiz günü 1 bürünc medalla başa vurub.
100 kq çəki dərəcəsində mübarizə aparan Əli Əminzadə Litva və Türkiyədən olan rəqiblərini, ardınca isə Ermənistan təmsilçisini 38 saniyədə məğlub edərək yarımfinala yüksəlib. Yarımfinalda Polşa idmançısına uduzan Əli bürünc medal görüşünə çıxıb. Həlledici görüşdə Bolqarıstan idmançısına şans verməyən güləşçimiz Avropa çempionatının bürünc medalını qazanıb.
Məlumat üçün bildirək ki, Əli Əminzadə bir neçə gün bundan əvvəl sərbəst güləş yarışlarında da 100 kq çəkidə bürünc medal qazanıb.
Reytinq: