Baş həkim: “Böyrək xəstəliklərindən əziyyət çəkənlərin sayı artıb”4-08-2016, 12:39
Çap et Son illər Azərbaycanda böyrək xəstəlikləri, xüsusən ana və hamilələrdə böyrək çatışmazlığı xeyli artıb. Respublika Klinik Xəstəxananın baş həkimi Telman İbadov deyib. Baş həkim qeyd edib ki, əgər 4-5 il öncə Azərbaycanda 500 nəfər dializ müalicəsi alırdısa, bu gün onların sayı 3 mindən çoxdur. Onun sözlərinə görə, hazırda Respublika Klinik Xəstəxanada 130 nəfər dializ xəstəsi qeydiyyatdadır. T. İbadov vurğulayıb ki, il ərzində xəstəxanaya ən çox ürək-damar, mədə, böyrək xəstəlikləri ilə bağlı müraciətlər daxil olur. Baş həkim onu da bildirib ki, xəstəxanada ölüm faizi çox aşağıdır: “Hər 1000 xəstəyə 4 ölüm düşür ki, bu da inkişaf etmiş Avropa ölkələri səviyyəsindədir”. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞRHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Son illər Azərbaycanda böyrək xəstəlikləri, xüsusən ana və hamilələrdə böyrək çatışmazlığı xeyli artıb.