Baş həkim: “Habil Əliyev reanimasiyadan çıxacaq vəziyyətdə deyil”21-08-2015, 11:35
Çap et Baş həkim: “Habil Əliyev reanimasiyadan çıxacaq vəziyyətdə deyil”Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində müalicə edilən xalq artisti Habil Əliyevin vəziyyəti ağır, stabil olaraq qalır. Bu barədə Mərkəzi Klinik Xəstəxananın baş həkimi Kamran Musayev bildirib. O, sənətkarın gələn həftəyədək reanimasiyada qalacağını əlavə edib: "Habil müəllimin 90-a yaxın yaşı var. Ürək, ağ ciyər çatışmazlığından əziyyət çəkir. Gəldiyi vəziyyətinə görə müsbət dinamikası var. Amma hələ ki, bu şənbə-bazar reanimasiyada qalacaq. Gələn həftənin bazar ertəsi yenidən duruma baxacağıq. Reanimasiyadan çıxdıqdan sonra 3-5 gün də vəziyyətində irəliləyiş görmədən bizim bir şey deməyimiz tibbi cəhətdən düzgün deyil. Süni tənəffüs aparatına dünəndən başlayaraq arada bağlayırıq, arada ayırırıq. Amma hələ ki, tam süni tənəffüs aparatı olmadan mümkün deyil. Ətrafa bəzən yaxşı, bəzən pis reaksiya verir”. Xatırladaq ki, avqustun 16-da xalq artisti, kamança ustası Habil Əliyevin vəziyyəti ağırlaşıb və o, Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. 88 yaşlı sənətkar ürək və ağciyər xəstəliyindən əziyyət çəkir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Baş həkim: “Habil Əliyev reanimasiyadan çıxacaq vəziyyətdə deyil”