Heqiqet.Az » sehiyye » Zəhmət bəhrə verər… bar gətirər…


Zəhmət bəhrə verər… bar gətirər…

26-08-2016, 12:49
Çap et
Zəhmət bəhrə verər… bar gətirər… Səhiyyə və tibbin inkişafında əsaslı və örnək addımlar atılır. Dövlətimizin apardığı uğurlu siyasət bu sahədə önəmli məqsədlər aşılayır. Bu sahədəki prioritetliyi səhiyyə işçiləri, xüsusən, həkimlər də mühüm şəkildə artırırlar. Tibbi proseslərə və səhiyyə işinə böyük önəm verən, bu sahədə uzun illərin təcrübi-praktik bacarığını sərgiləyən Lənkəran şəhər Uşaq Xəstəxanasının nəzdində Zona Uşaq Reanimasiya Şöbəsində 23 il şöbə müdiri işləmiş, ali dərəcəli reanimatoloq, anestezioloq və reanimatoloq sertifikatı almış, İntensiv Reanimasiya Blokunun rəhbəri, Uşaq Xəstəxanasının həkimi Sücəddin Əbdülovun da səhiyyə işinin təşkilində özünəməxsus xidmətləri var.
Sücəddin həkim talantlı və bacarıqlı terapevt kimi uşaqların xəstəliklərdən qurtulmasında əhəmiyyətli addım atır. Onun bu sahədəki işgüzarlığı və həkim əməyi sayəsində yüzlərlə uşaq sağlam gələcəklərinə qovuşub. Elə bütün bu nailiyyətləri nəzərə alıb “Heqiqet.az” inforamasiya portalının keçirdiyi rəy sorğusuna əsasən Sücəddin həkimi Fəxri Diplomla təltif etmişik. Səmimi deyək ki, onun səhiyyə və tibbə verdiyi nailiyyətlər daha böyük mükafatlara layiqdir. Biz də cəmiyyətin aparıcı üzvlərindən biri olaraq Sücəddin həkim sadəcə öz ehtiramımızı bildirmişik.
Sücəddin Əbdülovun həkim bacarığı yetişən gənc həkim nəsli üçün bir örnəkdir.
Allah bu örnək şəxsiyyəti hər zaman ucalarda eləsin!
Reytinq: