İsveçrədə Azərbaycan caz axşamı keçirilib5-10-2016, 18:26
Çap et Azərbaycanın İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı səfirliyindən verilən məlumata görə, Azərbaycanın İsveçrədəki səfirliyi və Beynəlxalq Bern Caz Festivalının birgə təşkil etdiyi tədbirdə iki müxtəlif caz konserti proqramı təqdim olunub. İfaçımız isveçrəli caz sevənlər tərəfindən çox maraqla qarşılanıb və ifa etdiyi muğam-caz musiqi nömrələri sürəkli alqışlarla müşayiət olunub. Azərbaycan caz gecəsi zamanı tamaşaçılara Azərbaycan yeməklərindən və şərablarından ibarət xüsusi menyu da təqdim edilib. Konsert zamanı həmçinin Azərbaycan mədəniyyəti və turizm potensialını özündə əks etdirən kitab və broşürlər, “Gəncə 2016- Avropanın Gənclər Paytaxtı”na aid müxtəlif broşürlər və məlumatlar, o cümlədən musiqi diskləri tamaşaçılara təqdim olunub. Ş. Növrəslinin ifasında silsilə konsert proqramları oktyabrın 8-dək hər gecə iki konsert olmaqla, davam edəcək. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
