Haitidə qasırğa qurbanlarının sayı 478 nəfərə çatıb (YENİLƏNİB)7-10-2016, 20:38
Çap et ![]() Bu barədə xəbəri “Reuters” agentliyi yayıb. Son dəfə ölənlərin sayının 339 nəfər olduğu açıqlanmışdı. *** Haitidə "Metyu" qasırğası nəticəsində ölənlərin sayı 339 nəfərə yüksəlib. Bu barədə yerli hakimiyyət orqanları bildiriblər. "Metyu" 2007-ci ildən bəri Atlantik okeanındakı ən şiddətli qasırğa sayılır. Qasırğa ABŞ-ın Florida, Corciya, Şimali və Cənubi Karolina ştatlarına yaxınlaşır. Artıq ABŞ prezidenti Florida və Cənubi Karolinada fövqəladə vəziyyət elan edib. *** “Metyu” qasırğası nəticəsində ölənlərin sayı 102 nəfərə çatıb. Təbii fəlakət qurbanlarının əksəriyyəti – 98 nəfəri Haitidə qeydə alınıb. “Metyu” qasırğasının yaxınlaşması səbəbindən Kybada bir milyondan çox adam təhlükəli ərazilərdən təxliyə edilib. Qeyd edək ki, “Metyu” qasırğası 2007-ci ildən bu vaxtadək qeydə alınan tufanlardan ən güclüsüdür. Reytinq:
|
Son xəbər
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|