Rusiya Türkiyə vətəndaşları üçün viza rejimini tam ləğv etməyəcək10-10-2016, 12:31
Çap et “Rusiya Türkiyədən işgüzar səfərlər üçün vizanın ləğvi məsələsini nəzərdən keçirə bilər, təhlükəsizlik səbəblərindən viza rejiminin tam ləğvindən söhbət gedə bilməz”.Bunu bazar günü İstanbulda Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi ilə görüşündən sonra jurnalistlərə açıqlamasında Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev bildirib. “Ümumilikdə vizasız mübadilə haqqında məsələ çox mürəkkəbdir, çünki bu, həmçinin son terror aktları (Türkiyədə - red.) ilə bağlı olan təhlükəsizlik məsələlərinə dayanır. Biz risklərin ərazimizə ixracını istəməzdik”, - deyə nazir əlavə edib. O bildirib ki, Rusiyanın yeganə müzakirə edə biləcəyi məsələ işgüzar səfərlər üçün vizasız rejimdir. “Bu da sadə məsələ deyil, lakin biz onun üzərində işləməyə hazırıq”, - deyə Ulyukayev bildirib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm21:10
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıbHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

“Rusiya Türkiyədən işgüzar səfərlər üçün vizanın ləğvi məsələsini nəzərdən keçirə bilər, təhlükəsizlik səbəblərindən viza rejiminin tam ləğvindən söhbət gedə bilməz”.