Heqiqet.Az » sosial » Gədəbəy və Daşkəsənə yağan qar bir sıra fəsadlar törədib


Gədəbəy və Daşkəsənə yağan qar bir sıra fəsadlar törədib

18-10-2016, 11:59
Çap et
Gədəbəy və Daşkəsənə yağan qar bir sıra fəsadlar törədib Ötən gündən etibarən qərb bölgəsində yağıntılı hava şəraiti hökm sürür.
Gədəbəy rayonunda ötən gündən başlayan yağış sonradan qara çevrilib. Hazırda qarın qalınlığı 6-7 sm-dir. Rayon İcra Hakimiyyəti aparatından verilən məlumata görə, bir sıra ərazilərdə qar daha çox yağıb, ağaclara ziyan dəyib. Həmçinin bəzi kəndlərə gedən elektrik naqilləri qırılıb. Aidiyyati qurumların fəsadların aradan qaldırılması istiqamətində iş apardığı bildirilib.
Qərb bölgəsinin Daşkəsən rayonuna da qar yağıb. Məlumata görə, bəzi kəndlərdə elektrik dirəkləri aşıb, naqillər qırılıb. Hazırda fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görülür.
Reytinq: