Obama: “Prezident bütün gün “Twitter”də oturmamalıdır”26-10-2016, 13:13
Çap et ABŞ prezidenti Barak Obama prezidentliyə namizəd Donald Trampı tənqid edib.B. Obama Kaliforniyada keçirilən seçkiqabağı mitinqdə D. Trampı sosial mediada çox vaxt keçirməkdə qınayıb. “Bizə bütün vaxtını “tvit”lərə sərf edən prezident lazım deyil”, - deyə dövlət başçısı söyləyib. Hazırda D. Trampın “Twitter”də 12,7 milyon izləyicisi var və o, indiyədək 34 min “tvit” yazıb. Respublikaçı namizəd rəqibləri ilə tez-tez “Twitter” vasitəsilə “atışır” və öz auditoriyasını bu yolla səfərbər edir. B. Obama bildirib ki, Trampın çatışmazlıqlarından danışmağa ehtiyac yoxdur, çünki o özü bunu nümayiş etdirir: “Mən bu adamın bu vəzifəyə niyə uyğun olmadığı haqda geniş danışmayacağam, çünki o özü danışanda siz daha çox sübut əldə edirsiniz ki, niyə o, Birləşmiş Ştatların prezidenti olmağa yaramır”. B. Obama prezidentliyə namizəd olmuş digər respublikaçı rəqiblərinə isə hörmət etdiyini vurğulayıb: “Mən hər zaman hesab etmişəm ki, Con Makkeyn və Mitt Romni hörmətə layiq insanlardır”. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdümHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

ABŞ prezidenti Barak Obama prezidentliyə namizəd Donald Trampı tənqid edib.