Heqiqet.Az » maraqli » 2017-ci ildə mobil cihazlar trafikin 75 faizini istifadə edəcək


2017-ci ildə mobil cihazlar trafikin 75 faizini istifadə edəcək

1-11-2016, 10:15
Çap et
2017-ci ildə mobil cihazlar trafikin 75 faizini istifadə edəcək Mobil cihazlar müasir insanlar üçün daha böyük populyarlıq qazanmağa başlayıb.
Bununla bahəm pulsuz Wi-Fi yerlərinin sayı artırılır, cihaz istehsalçılarını istifadəçiləri yenilikləri ilə sevindirir, yeni mobil cihazlar üçün xidmətlər yaradılır. Bütün bunlar isə ona aparır ki, smartfon həyatın ayrılmaz hissəsi olub və ən çox istifadə olunan cihaza çevrilib.
“Zenith Media” şirkəti internet trafikin statistik təhlilini aparıb. Əldə olunan məlumatlara əsasən, bu il trafikin 68 faizi smartfon və planşetlərdən çıxıb. Müqayisə üçün deyək ki, 2012-ci ildə bu göstərici 40 faiz təşkil edib. Gələn il üçün proqnoz isə bütün internet trafikinin 75 faiz olacağı gözlənilir.
Bütün ölkələr arasında ən çox trafik İspaniyada istifadə olunur. Bu ölkənin faiz göstəricisi 85 faizdir. İrlandiya və Sinqapurda isə əhalinin 90 faizindən çoxu smarfon istifadə edir.
Reytinq: