Vidadi Bərdəlinin qətldə təqsirləndirilən oğluna HÖKM OXUNDU1-11-2016, 16:49
Çap et Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən Tural Allahverdiyev 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, mərhum müğənni Vidadi Bərdəlinin qeyri-rəsmi nikahdan dünyaya gəlmiş oğlu, 26 yaşlı Tural Allahverdiyev 24 yaşlı Məkan Rüstəmovu 85 manat pula görə qətlə yetirib. Bəlli olub ki, müğənnini oğlu Bərdə rayon Mənzil Kommunal İstismar Sahəsində işləyib və məişət tullantılarının toplanması ilə məşğul olurmuş. O, tullantılar arasından topladığı butulka və əlvan metalları M.Rüstəmova satırmış. Beləliklə, M.Rüstəmovun T.Allahverdiyevə borcu yaranıb. Dünən T.Allahverdiyevlə M.Rüstəmov arasındakı münaqişə də məhz həmin alverdən yaranmış 85 manat borc üstündə baş verib. Əvvəllər xuliqanlıq etdiyinə görə məhkumluq həyatı yaşamış 26 yaşlı Tural bıçaqla M.Rüstəmova 3 zərbə endirərək onu öldürüb. Ona Cinayət Məcəlləsinin 120.1(qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm21:10
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıbHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
